İQTİSADİYYAT
“Goldman Sachs”dan neftin qiymətinə dair yeni proqnoz
Bakı, 26 sentyabr, AZƏRTAC
“Brent” markalı xam neftin bir barrelinin qiyməti yenidən 82,5 dolları test edə bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu qənaətdədir.
“Goldman Sachs”a görə, İrana qarşı yeni sanksiyaların tətbiq olunması nəticəsində “Brent” neftinin qiyməti 82,5 dollar/barrel səviyyəsində möhkəmlənə bilər. Lakin qiymətin bu səviyyədən yuxarıya qalxması üçün neft təklifində proqnozlardan daha çox azalma olmalıdır.
Bank İranın neft ixracının gündəlik 1,4 milyon barrel azalacağını gözləyir.
“İlin sonunda neftin qiyməti 70-80 dollar/barrel arasında dəyişəcək. Geosiyasi gərginliklər, artan neft tələbatı ilə əlaqədar “qara qızıl”ın qiymətində yuxarı istiqamətli dəyişkənlik olması mümkündür”, - deyə “Goldman Sachs” bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]