İQTİSADİYYAT


Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur

Bakı, 19 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov və Akademiyanın rəis müavini Araz Aslanlı Akademiyanın tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) “Erasmus+” layihəsi çərçivəsində mayın 16-20-də Stokholm şəhərində keçirilən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarda iştirak üçün İsveçdə səfərdədirlər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Kral Texnologiya İnstitutunun (KTH) ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, bir sıra yerli və xarici ali təhsil müəssisələrinin rektorları, prorektorları, eləcə də digər rəhbər şəxsləri iştirak edirlər.

Tədbir rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsi məqsədilə keçirilir. Tədbirin açılış hissəsində ECAR layihəsinin qısa hesabatı dinlənilib, İsveçin aparıcı mühəndislik universiteti olan Kral Texnologiya İnstitutu, Litva universitetlərinin rektorlarının konfransı və onların Litva ali təhsilindəki rolu haqqında çıxışlar səsləndirilib. Hazırda seminar proqram üzrə müvafiq təqdimatlarla öz işini davam etdirir.

Qeyd edək ki, “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilərək qəbul edilib və Akademiyanın layihədə iştirakı 2022-ci ilin fevral ayında başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.