Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gömrük Akademiyası İspaniyanın Fiskal Araşdırmalar İnstitutu ilə anlaşma memorandumu imzalayıb

Bakı, 27 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu (IEF) arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən mərasimdə komitənin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado, DGKA-nın rəisi Qulu Novruzov, Fiskal Araşdırmalar İnstitutunun direktoru Aleyin Kuensa və İspaniya səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada iştirak ediblər.

P.Jurado iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən məmnunluqla söhbət açıb. Baş direktor imzalanacaq memorandumun gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə olacağına, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

S.Mehdiyev Azərbaycan ilə İspaniya arasında qarşılıqlı anlaşmaya əsaslanan mövcud əlaqələrdən bəhs edib və bildirib ki, iki ölkə beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

O, Azərbaycanın gömrük xidmətinin dünya gömrük ailəsində əhəmiyyətli yer tutduğunu və komitənin hazırda 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasına sədr müavinliyini, Avropa regionu üzrə isə sədrliyini həyata keçirdiyini diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıq və qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində innovativ islahatlar həyata keçirilir. Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli əməkdaşlıq da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verir.

Vurğulanıb ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsi ölkənin gömrük orqanlarının uğurlu fəaliyyətinin və səmərəli əməkdaşlığının nəticəsidir.

DGK-nın sədri komitə ilə Ümumdünya Gömrük Təşkilatı arasında “ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair razılaşma imzalandığını bildirib. Təhsildə yeni metod və yanaşmaları ehtiva edən, bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, təhlil edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bu sistemin tətbiqi Azərbaycanın gömrük xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasını təmin edir.

O vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı qələbə nəticəsində Azərbaycan üçün yeni dövr başlayıb. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Azərbaycan-İran sərhədinin işğal altında olan 132 kilometrlik hissəsinin də işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdıran S.Mehdiyev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, düşmənin məğlub edilməsi bütün digər sahələr kimi gömrük xidməti qarşısında da ciddi vəzifələr qoyur.

Gömrük Akademiyasının əsas missiyası ölkəmizin gömrük xidmətinin inkişaf tempini qoruyub saxlamaq və daha da irəli aparmaq üçün yüksək peşəkarlığa və fərqli bacarıqlara sahib mütəxəssislər hazırlamaqdır deyən DGK-nın sədri qeyd edib ki, 2019-cu ildə 700-dən çox gömrük xidməti əməkdaşı akademiyada təşkil edilən ixtisasartırma təlimlərində iştirak edib: “Təəssüflə qeyd etməliyəm ki, qlobal pandemiya cari ildə bu istiqamətdə fəaliyyətimizə təsirsiz olmayıb. Hazırda bir sıra təlimlərin məsafədən onlayn həyata keçirilməsində ən yaxşı təcrübələrin tətbiqi nəzərdən keçirilir. DGKA ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu arasında gömrük təlim-tədrisi üzrə anlaşma memorandumunun imzalanması bu baxımdan əhəmiyyətli hadisədir”.

Daha sonra Q.Novruzov vurğulayıb ki, hazırda yaşadığımız 4-cü sənaye inqilabı dövrünün reallıqları beynəlxalq əməkdaşlıq və inteqrasiyanı nəinki zərurətə çevirir, həm də bu əməkdaşlığın qarşısında yeni tələblər qoyur. Bu baxımdan gömrük xidməti baş verən qlobal transformasiyalara münasibətdə ən həssas fəaliyyət sahələrindən biridir.

O bildirib ki, təlim və tədris prosesinin mahiyyətində olan dəyişikliklər, hazırda davam edən qlobal pandemiya təlim sektoruna təsirsiz ötüşmür. Yaranmış yeni reallıqlar bizdən daha çevik və rasional addımlar atmağımızı tələb edir. Buna görə də düzgün qərarların verilməsi və ən optimal yolun seçilməsi üçün dünyada mövcud olan ən qabaqcıl təcrübələrdən faydalanmaq bizim üçün prioritetdir.

Sonra Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sənədi DGKA-nın rəisi Q.Novruzov və Fiskal Araşdırmalar İnstitutunun direktoru A.Kuensa imzalayıblar.

Qeyd edək ki, anlaşma memorandumunda iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr, o cümlədən gömrük və əlaqədar sahələrdə təlimlərin, kursların, seminarların və digər tədbirlərin keçirilməsi, elektron tədris və distant təhsil üzrə birgə fəaliyyətlər, tələbə, heyət, informasiya mübadilələri, elmi araşdırma və tədqiqatlar, beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək, onlayn kursların yaradılması və onlardan birgə istifadə, ikili və beynəlxalq layihələrin hazırlanması və digər məsələlər nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb