Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə simpozium keçirilib

Bakı, 13 may, AZƏRTAC

Mayın 12-13-də Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Türkiyənin Ege Universitetinin (EÜ) Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz” mövzusunda II beynəlxalq simpozium keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda seksiyalarla iki gün davam edən simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı Özbəkistan, Gürcüstan, Rusiya və Ukraynadan da alim-tədqiqatçılar qatılıblar.

Tədbirin əvvəlində Azərbaycanın və Türkiyənin vətən uğrunda canlarını fəda etmiş şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Cənubi Qafqazda baş verən son hadisələrə nəzər yetirilməsi və problemlərin elmi platformada həlli məqsədilə təşkil edilən simpoziumda açılış nitqi ilə çıxış edən Ege Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Aydın İbrahimov iştirakçıları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.

Aydın İbrahimov SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda beynəlxalq paradiqmaların köklü şəkildə dəyişildiyini qeyd edərək, Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələsinin məhz 1991-ci ildən sonra başladığını vurğulayıb. O, bölgədəki gərginliyi artıran faktorlara nəzər salaraq 44 günlük müharibədə Azərbaycanın möhtəşəm Qələbəsinin Cənubi Qafqazda yeni reallıqlar yaratdığını və regionda fərqli mərhələnin başlamasına səbəb olduğunu diqqətə çatdırıb.

A.İbrahimov keçirilən tədbirin elm dünyası üçün geniş töhfə verəcəyinə əminliyini vurğulayaraq, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

Sonra Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Sosial İqtisadiyyat və Siyasi əlaqələr kafedrasının müdiri professor Vefa Kurban və Ege Universitetinin rektorunun köməkçisi professor Mehmet Ersoy çıxış edərək Cənubi Qafqazın geosiyasi rolunun istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətə malik olduğunu, bölgənin tarixən siyasi, dini və mədəni münaqişələrin və mübarizənin sahəsi olduğunu bildiriblər.

Tədbirin açılış hissəsində çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov keçirilən tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdıraraq təşkil edilən simpoziumun Ege Universiteti ilə yeni əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.

Qulu Novruzov XX əsrin sonlarında süni surətdə yaradılmış, beynəlxalq hüquqa zidd formada ortaya atılmış Qarabağ münaqişəsinin tarixi, gedişatı, bu münaqişəyə Qərb dövlətlərinin ikili standartlarla yanaşması, beynəlxalq hüquqdakı boşluqlar və digər məsələlər barədə danışıb.

Akademiya rəisi 44 günlük Vətən müharibəsi ilə haqqın və ədalətin bərpa olunduğunu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın canı-qanı bahasına qazandığımız bu şanlı Zəfərin təkcə Azərbaycanda deyil, ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin güclənməsinə səbəb olduğunu vurğulayıb. O, həmçinin müasir dövrümüzdə elm və texnologiyanın inkişafının vacib rolunu qeyd edərək ölkəmizdə ordu quruculuğu istiqamətində uzun illər ərzində görülmüş məqsədyönlü işlər, ordumuzun ən müasir silah-sursatla, hərbi texnikalarla təmin edilməsinin 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsini şərtləndirən mühüm faktorlardan biri hesab edib.

Çıxışının sonunda Akademiya rəisi tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edərək simpoziumun işinə uğurlar arzulayıb.

Daha sonra ikigünlük simpozium sessiyalarla öz işini davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur