ELM VƏ TƏHSİL


Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib

Bakı, 1 mart, AZƏRTAC

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün Dövlət Gömrük Komitəsinin Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, təlimdə 24 əməkdaş iştirak edib. Təlim “Uptodate in Medicine” MMC şirkətinin təlimçiləri, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar mərkəzinin səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov və həmin şöbənin həkim-metodisti Könül İsmayılova tərəfindən keçirilib. Eyni zamanda, təlimin təşkilində həmin Mərkəzin Təlim Resurs şöbəsinin tərcüməçisi, həmçinin AHA (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) və “Uptodate in Medicine” MMC şirkətinin koordinatoru Leyla Eyvazova iştirak edib.

Təlimdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlimçilərlə görüşüb. Akademiya rəisi bildirib ki, bu təlim vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması üçün əhəmiyyətlidir. “Dövlət Gömrük Komitəsi ilk dövlət qurumlarındandır ki, ilk tibbi yardım üçün lazımi təchizat, aparatlar alınıb”, - deyə o qeyd edib.

Təlimçilər üçün akademiyada qısa ekskursiya təşkil edilib, onlar yaradılan şərait və infrastrukturla tanış olublar.

Qeyd edək ki, təlim dinləyicilərinin hər biri AHA-nın (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) sertifikatını əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.