İQTİSADİYYAT


Gömrük Akademiyasının tələbələri üçün onlayn sınaq imtahanı keçirilib

Bakı, 25 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədilə akademiya tərəfindən onlayn sınaq imtahanı təşkil edilib.

Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak ediblər.

Bununla yanaşı, akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında bir daha geniş məlumat verilib, prosesin detalları izah edilib və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, "Microsoft Teams" proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.