İQTİSADİYYAT


Gömrük Komitəsi: “Elektron növbə” sistemi tezliklə istifadəyə veriləcək

Bakı, 19 sentyabr, AZƏRTAC 

“Elektron növbə” sistemi tezliklə istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

O bildirib ki, “elektron növbə”nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir. Bu sistemin tətbiqi ilə bağlı layihə icradadır. Yaxın zamanlarda xarici iqtisadi fəaliyyət iştirakçıları idxal-ixrac əməliyyatları zamanı yüklərin daha sürətli keçidinə nail olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.