CƏMİYYƏT


Gömrük Komitəsi Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

Bakı, 20 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsi tərəfindən milli mətbuatın 144 illiyi münasibətilə aparıcı media qurumlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, aparıcı media qurumlarının rəhbərləri iştirak edib.

S.Mehdiyev əlamətdar gün münasibətilə bütün media nümayəndələrini təbrik edib və XIX əsrin ikinci yarısında yaranan milli mətbuatımızın milli-mənəvi dəyərlərimizin, ölkəmizin strateji maraqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, XX əsrin sonlarında yenidən müstəqilliyini əldə edən Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması və qorunmasında, son illərdə həyata keçirilən islahatlar hesabına bütün sahələrdə əldə edilən davamlı iqtisadi inkişafın Azərbaycan modelinin ictimaiyyətə çatdırılmasında milli mətbuatımızın rolu əvəzsizdir. Ümummilli lider Heydər Əliyevin söz və media azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunan peşəkar media fəaliyyət göstərir.

Komitə sədri bildirib ki, Dövlət Gömrük Komitəsi də daim milli mətbuatımıza qarşı həssas yanaşmağa, səmərəli və işgüzar əməkdaşlıq əlaqələri qurmağa səy göstərir və bu mənada media ilə münasibətlərdə müsbət mənada xeyli irəliləyişlər əldə olunub. Vurğulanıb ki, gömrük orqanlarının gömrük-media münasibətlərinin yenidən qurulması, əməkdaşlığın gücləndirilməsi istiqamətindəki səylərinə media qurumları da peşəkarlıqla, xoş niyyətlə yanaşıb və son bir ildə həyata keçirilən yeniliklərin və islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstəriblər.

S.Mehdiyev bundan sonra da gömrük-media əməkdaşlığının yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının inkişafından, ölkəmizdə baş verən proseslərə peşəkar və işgüzar yanaşmasından bəhs edib. Qeyd olunub ki, daim milli mənafeləri, ölkəmizin strateji maraqlarını hər şeydən üstün tutan mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb.

Son illərdə gömrük-media münasibətlərinin inkişafından məmnunluqla bəhs edən Ə.Amaşov səmərəli əməkdaşlığın gömrük sahəsindəki yenilikləri, islahatların mahiyyət və məqsədini geniş ictimaiyyətə çatdırmaqda xüsusi rol oynadığını, eyni zamanda, jurnalistlərin də bu sahədəki biliklərinin artmasına münbit şərait yaratdığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.