İQTİSADİYYAT


Gömrük Komitəsi fevralda dövlət büdcəsinə 336 milyon manatdan çox vəsait köçürüb

Bakı, 12 mart, AZƏRTAC

Cari ilin fevralında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 336 milyon 32 min manat olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 72 milyon 164 min manat, əlavə dəyər vergisi üzrə 248 milyon 642 min manat, aksizlər üzrə 12 milyon 48 min manat, yol vergisi üzrə isə 3 milyon 176 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.