İQTİSADİYYAT
Gömrük Komitəsi ilə “Caspian European Club”un birgə işçi qrupu səmərəli əməkdaşlığa töhfə verir
Bakı, 17 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) və “Caspian European Club” uzun illərdir ki, sıx əməkdaşlıq edirlər. İki struktur arasında birgə işçi qrupunun yaradılması bir çox məsələlərin operativ həllinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 19-da keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku–2019” barədə danışarkən deyib. O qeyd edib ki, birgə işçi qrupu biznes dairələri ilə DGK arasında əməkdaşlığın daha bir etibarlı körpüsüdür.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin forum iştirakçıları sırasında yer aldığını bildirir.