İQTİSADİYYAT


Gömrük Komitəsi ötən ay büdcəyə 370,8 milyon manat köçürüb

Bakı, 7 may, AZƏRTAC

Aprel ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 370 milyon 847,5 min manat olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, keçən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 99 milyon 830,3 min manat, əlavə dəyər vergisi üzrə 251 milyon 920,4 min manat, aksizlər üzrə 15 milyon 439,2 min manat, yol vergisi üzrə isə 3 milyon 657,6 min manat təşkil edib.

Xatırladaq ki, martda komitənin dövlət büdcəsinə daxilolmaları 350 milyon 135,2 min manat olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.