CƏMİYYƏT


Gömrük Komitəsi tərəfindən aşkarlanan qanunsuz malların məhvetmə prosesi həyata keçirilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 2 milyon 812 min 883 ədəd protexniki vasitə, 43 min 92 ədəd dərman preparatı, 735 ədəd istifadəyə yararsız müxtəlif markalı mobil telefon və aksesuarları, 12 min 675,4 litr alkoqollu və sərinləşdirici içki, 1212,8 kiloqram qarışıq ərzaq məhsulu, 6019 kiloqram yuyucu vasitə və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edilib ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 220 ədəd müxtəlif növ litrli spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.