Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gömrük Komitəsi ticarətin asanlaşdırılması və yerli məhsulların xarici bazarlara asan çıxışına öz töhfəsini verir

Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC

Qədim ticarət ənənələrinə malik olan Azərbaycan tacirlərin mütəmadi səfər etdiyi, karvansaraylarının hər zaman işlək olduğu, qərblə şərqi birləşdirən bir məkan olub. İlk ticarət ənənələrinin formalaşdığı dövrdən bu günədək tarixi İpək yolunun üzərində xüsusi mövqeyə malik olan Azərbaycan hələ də beynəlxalq ticarətdəki mühüm rolunu itirməyib. Avropa və Asiya arasında körpüyə çevrilən ölkəmizdə ticarətin inkişafı üçün mühüm işlər görülür, mütərəqqi islahatlar aparılır. Bu istiqamətdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan siyasət nəticəsində Azərbaycan beynəlxalq logistika mərkəzi kimi öz mövqeyini gücləndirir, tranzitin inkişafına mühüm töhfələr verir və ölkəmizin təşəbbüsü ilə Qədim İpək Yolunun bərpası istiqamətində irimiqyaslı layihələr icra olunur. Şübhəsiz ki, beynəlxalq ticarətin davamlılığının təmin edilməsində, asanlaşdırılmasında gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür və son illərdə Azərbaycan Gömrük Xidməti bu istiqamətdə qlobal xarakterli addımlar atır.

Dövlət Gömrük Komitəsinin (DGK) əsas fəaliyyət istiqamətlərindən biri də ticarətin asanlaşdırılması, sahibkarlığın inkişafına dəstəkdir. Komitə ticarətin asanlaşdırılması üzrə öz siyasətini Prezident İlham Əliyevin “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 4 mart tarixli Sərəncamı, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamı əsasında qurub.

TIR EPD sistemi beynəlxalq yük daşımalarında nəqliyyat vasitələrinin sərhəddən daha sürətli keçidinə şərait yaradır

Ticarətin asanlaşdırılmasında DGK qarşısındakı əsas hədəf Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsidir. Bu hədəflərə çatmaq üçün komitə öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Belə ki, DGK ilk olaraq mövcud beynəlxalq sazişlərin imkanlarından istifadəni genişləndirir. Buna nümunə Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasından istifadədir. Burada TIR konvensiyası xüsusilə qeyd edilməlidir. Hazırda beynəlxalq yük daşımaları kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar zamanı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada TIR EPD (TIR Electronic Pre-arrival Declaration (əvvəlcədən elektron bəyanetmə) sistemi vasitəsilə gömrük orqanlarına təqdim olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən zəruri işlər aparılır. TIR EPD sistemindən istifadə gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq, risklərin təhlilinin səmərəli şəkildə həyata keçirilməsi əsasında beynəlxalq yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli keçidinə şərait yaradır ki, bu da ticarətin asanlaşdırılmasında mühüm addımdır. Gömrük sisteminin elektronlaşdırılması həm ticarətin asanlaşdırılmasına, həm də şəffaflığın təmin olunmasına yönələn bir siyasətdir. Bu sistemin daha rahat tətbiqi üçün gömrük əməkdaşlarına həmin sahə ilə bağlı seminarlar keçirilir, təlimlər təşkil olunur. Cari il yanvarın 10-dək TIR EPD sisteminin tətbiqi ilə bağlı pilot layihə də həyata keçirilib. Növbəti mərhələ isə bu sistemin gömrüyə tam inteqrasiyasını əhatə edir.

Qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək üçün gömrük postlarında “bir inspektor – bir nəqliyyat vasitəsi” layihəsi icra edilir. Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, “bir pəncərə” sistemində bir neçə gömrük işçisi öz sahəsi üzrə vətəndaşa xidmət göstərirsə, yeni layihə nəticəsində gömrük postunda bir əməkdaş bütün sahələr üzrə vətəndaşa xidmət göstərir. Bu isə nəqliyyat vasitəsinin sürətli keçidinə, vətəndaş məmnunluğuna, aparılan yüklərin ünvana daha tez çatdırılmasına, sıxlığın azalmasına, bir sözlə ticarətin asanlaşdırılmasına xidmət edən bir layihədir.

İxracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsi təmin ediləcək

Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) layihəsi isə bugünkü elektron gömrük xidmətinin əsasını təşkil edir. Hazırda elektron gömrük xidmətinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində görülən işləri sürətləndirmək qarşıya qoyulan əsas məqsədlərdəndir. “Yaşıl dəhliz” sisteminin genişləndirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük bəyannamələrinin birbaşa ofisdən Dövlət Gömrük Komitəsinin müvafiq qurumlarına təqdim olunması isə gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur-vətəndaş təmasını minimuma endirəcək. Yaxın günlərdə ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsini təmin etmək nəzərdə tutulur. Bundan sonra sahibkarlar gömrük məmurunu görmədən ilin bütün günü və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı qazanacaq. Bununla bağlı Gömrük Komitəsinin mütəxəssisləri ilkin pilot layihəni tamamlayıb.

İdxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalacaq, xərclər minimuma enəcək

Dövlət Gömrük Komitəsinin ticarətin asanlaşdırılması istiqamətində gördüyü işlərdən biri də yeni beynəlxalq sazişlərə qoşulma yolu ilə müasir standartların tətbiqini həyata keçirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamına əsasən, Ümumi Tranzit Proseduru haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyanın idarəetmə orqanı olan Avropa İttifaqı - Avropa Azad Ticarət Assosiasiyasının Birgə Komitəsinin 2017-ci ilin dekabr ayında Norveçin paytaxtı Osloda keçirilmiş iclasında Azərbaycanda qeyd olunan konvensiyaların işçi qruplarında qeyri-formal müşahidəçi statusu verilməsi barədə qərar qəbul olunub. Ölkəmizin sözügedən konvensiyalara qoşulması və Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi respublikamızın ərazisindən keçən beynəlxalq gömrük tranziti prosedurunda daşınan malların həcminin artırılmasına səbəb olmaqla, ölkənin tranzit potensialının inkişaf etdirilməsində mühüm rol oynayacaq, ölkədə istehsal edilən “Made in Azerbaijan” brendli malların Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin üzvü olan Avropa bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaq.

Ümumi Tranzit Prosedurunun yaradacağı üstünlüklərə nəzər salsaq görərik ki, bu, həm gömrük nəzarətinin daha effektiv təşkilinə, həm də ticarətin asanlaşdırılmasına mühüm töhfələr verəcək. Belə ki, Ümumi Tranzit Proseduru gömrük nəzarətində məlumatların əvvəlcədən mübadiləsinə şərait yaradacaq ki, bu da idxal-ixrac və tranzit əməliyyatlarına sərf edilən vaxtın azalmasına səbəb olacaq. Gömrük risklərinin təhlilini asanlaşdıracaq prosedur gömrük sənədləşməsinin sadələşdirilməsinə də gətirib çıxaracaq. Həmçinin prosedurda “Vahid İnzibati Sənəd” tətbiqi də nəzərdə tutulur. Bu sənəd malların daşınması zamanı xərclərin minimuma endirilməsinə şərait yaradır. Ümumi Tranzit Proseduru real vaxt rejimində daşımalara nəzarət üçün də imkanlara yol açır. Yaradılan həmin imkan sərhədlərdə gözləmələrin aradan qaldırılması üçün əsas vasitədir. Ən əsası isə bu prosedur nəticəsində insan resurslarından daha səmərəli istifadə etmək mümkün olacaq.

Gömrük Komitəsi Ümumi Tranzit Proseduru və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyalarına üzvlük, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmağa hazırlıq prosesinə texniki dəstək işləri də həyata keçirir. Bu işlərə qanunvericiliyin uyğunlaşdırılması, inzibati və əməliyyat imkanlarının genişləndirilməsi, informasiya və kommunikasiya texnologiyalarının düzgün tətbiqi daxildir.

Sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurlar daha da sürətlənib

Bütün bunlardan başqa DGK 2016-cı ildən Avropa İttifaqının İnteqrəedilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzini (“Trade Facilitation Unit”) istifadəyə verib. Bu mərkəz sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirməsinə yardım etmək, sanitar, fitosanitar, baytar və gömrük nəzarətinin sərhəd-keçid məntəqəsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar yaratmaq üçün uğurlu vasitədir.

Komitənin ticarətin asanlaşdırılması istiqamətində atdığı addımların nəticəsi ötən ilin statistik göstəricilərində də öz əksini tapıb. 2016-cı ildən 2018-ci ilədək Azərbaycanın ticarət dövriyyəsinə nəzər salsaq görülən işlərin töhfəsinin özünü artımla göstərdiyini müşahidə edə bilərik. 2016-ci ildə ticarət dövriyyəsinin həcmi 17 milyard 675 milyon 727 min ABŞ dolları olduğu halda, 2017-ci ildə bu göstərici 4 milyard 917 milyon 904 min dollar artaraq 22 milyard 593 milyon 631 min dollar olub. Ötən il isə ticarət dövriyyəsi 2017-ci ilə nisbətən 8 milyard 329 milyon 971 min dollar artmaqla 30 milyard 923 milyon 602 min dollar təşkil edib.

Ticarətin asanlaşdırılmasında görülən işlərin ixrac əməliyyatlarına müsbət təsiri, sahibkarlar üçün uğurlu şəraitin yaradılmasına verdiyi təkan da göz önündədir. 2016-2018-ci illərə nəzər salsaq idxal və ixrac əməliyyatlarında baş verən artımı görmək olar. İxrac əməliyyatları 2016-ci illə müqayisədə 2017-ci ildə 4 milyard 668 milyon 345 min dollar artıb, 2018-ci ildə isə əvvəlki ilə görə 5 milyard 647 milyon 8 min dollar çoxalıb. 

Elektron bəyanetmə sistemi 100 faizə çatıb

Azərbaycan Gömrük Xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb. Ticarətin asanlaşdırılmasında elektronlaşdırmanın tətbiqi də öz müsbət bəhrəsini verməkdədir. Hazırda Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalına inteqrasiya etmiş 14 elektron xidməti mövcuddur. Aparılan islahatlar, vətəndaşlara təklif edilən elektron xidmətlər, “Yaşıl dəhliz” sistemi ilə bağlı görülən işlər də həm ticarət dövriyyəsindəki, həm də elektron müraciətlərin sayındakı artıma səbəb olub. Bu artım 2018-ci ilin aylıq göstəricilərində də nəzər çarpır. Ötən il komitəyə 2 milyon 554 min 463 elektron müraciət daxil olub ki, bunların 276 min 875-i dekabrda qeydə alınıb. Həmin müraciətlərin əsasını fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi təşkil edir. Bu isə onu göstərir ki, ticarətin asanlaşdırılması istiqamətində görülən işlər vətəndaş məmur münasibətlərinin minimuma endirilməsində ən aparıcı rola malikdir.

Tam elektronlaşdırılmış Beynəlxalq Yük Daşımaları Prosedurları ticari fəaliyyəti asanlaşdırır

Dövlət Gömrük Komitəsi əsasən fiskal, təhlükəsizlik siyasəti həyata keçirsə də, tətbiq etdiyi layihələrin əksəriyyəti həm Azərbaycan iqtisadiyyatı inkişafı üçün, həm də qonşu və region ölkələri üçündə müsbət təsirlərə malikdir. 2018-ci ilin noyabrında Tailand Krallığının paytaxtı Banqkokda “CAREC ölkələrində Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişinin tətbiq edilməsi üzrə yol xəritəsi” mövzusunda seminar və Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişinin tətbiq edilməsinin sürətləndirilməsinə dair subregional forumda iştirak zamanı Gürcüstan nümayəndəsi öz məruzəsində tranzitin vacibliyinə toxunaraq, Gürcüstanın 2019-2020-ci illər ərzində Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmasının gözlənildiyi barədə məlumat verib. Əlavə edib ki, Azərbaycan tərəfinin də artıq bu istiqamətdə işlərə başlaması tranzit dəhlizinin bütövlüyünün təmin edilməsinə əlverişli şərait yaradacaq.

Tam elektronlaşdırılmış Beynəlxalq Yük Daşımaları Prosedurlarının tətbiqini nəzərdə tutan Qazaxıstan-Azərbaycan-Gürcüstan-Ukrayna marşrutu üzrə eTIR pilot layihəsinin həyata keçirilməsi, eyni zamanda, bu pilot layihəyə daxil olan ölkələr arasında həm Azərbaycan-Qazaxıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Ukrayna, həm də Azərbaycan-Türkiyə arasında ikitərəfli qaydada ilkin elektron məlumat mübadiləsinin təmin edilməsi malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunmasına mühüm töhfə verir. Bu isə digər ölkələrin də ticari fəaliyyətini asanlaşdırır, qarşılıqlı əməkdaşlıq, investisiya imkanlarını artırır, iqtisadi və siyasi əlaqələrin inkişafına gətirib çıxarır.

Ümumdünya Gömrük Təşkilatı: Azərbaycan sürətlə tranzit ölkəyə çevrilir

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya da ölkəmizə səfərlərində Azərbaycanda bu istiqamətdə atılan addımları təqdirəlayiq hesab edir, ölkəmizin sürətlə tranzit ölkəyə çevrilməsini izlədiyini, bu sahədə bütün lazımi dəstəyi əsirgəməyəcəklərini diqqətə çatdırır. O, ölkəmizin bu yöndə atdığı addımların, informasiya-kommunikasiya sahəsindəki yeniliklərin tətbiqinə dair gördüyü işlərin digər dövlətlər üçün də faydalı olacağını və Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edir.

Beləliklə ticarətin asanlaşdırılması istiqamətində ortaya qoyulan qətiyyətli siyasi iradə, müasir informasiya və kommunikasiya texnologiyalarına əsaslanan həllər hesabına formalaşdıran icra mexanizmi onu deməyə əsas verir ki, yaxın illərdə ixracda qeyri-neft sektorunun payı, tranzit və logistika imkanları sürətlə artacaq. Həmçinin Azərbaycan brendləri dünya bazarına daha asan çıxış imkanları əldə edəcək və beynəlxalq ticarətə ciddi dəyər qazandıran ölkə iqtisadiyyatı güclənəcək.

Elvin Camalov

AZƏRTAC-ın müxbiri

Yazı “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI