İQTİSADİYYAT


Gömrük Komitəsi yanvarda büdcəyə 330 milyon manatadək vəsait köçürüb

Bakı, 12 fevral, AZƏRTAC

Cari ilin yanvarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 329 milyon 645 min manat olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 76 milyon 480 min manat, əlavə dəyər vergisi üzrə 233 milyon 48 min manat, aksizlər üzrə 16 milyon 862 min manat, yol vergisi üzrə isə 3 milyon 254 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.