İQTİSADİYYAT


Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və bu qurumun hüquqşünası Fərhad Abbasov iştirak edib.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov ölkəmizdə dövlət idman siyasətinin uğurla davam etdirildiyini, bu sahədə idmanla əlaqəli təşkilatlarla yanaşı, dövlət orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi arasında 2017-ci ildə imzalanmış Memorandum qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirib.

Görüş zamanı “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya əlavə edilmiş siyahıda qeyd edilən S2 kateqoriyasına aid maddələrin (peptid hormonları, böyümə faktorları, onlara aid maddələr və mimetiklər), eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən 2017-ci il və 2018-ci ilin 6 ayı ərzində saxlanmış və dopinqlərə aid olan güclü təsir edən maddələrin insanların, xüsusilə də idmançıların sağlamlığına ciddi zərər vurduğu diqqətə çatdırılıb. Bu maddələrin qanunsuz dövriyyəsinin və idmanda istifadəsinin qarşısının alınması sahəsində məlumat mübadiləsinin, birgə təlimlərin və digər tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.