İQTİSADİYYAT


Gömrük Komitəsinin BMT ilə əməkdaşlığından danışılıb

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri S.Mehdiyev diplomatik fəaliyyəti başa çatan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Q.İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verən S.Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışıb. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.

Komitə sədri BMT ilə DGK arasında səmərəli əməkdaşlığın gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb, bu əlaqələrin daha da möhkəmləndirilməsində diplomatik fəaliyyəti başa çatan rezident əlaqələndirici Qulam İsakzainin fəaliyyətini yüksək qiymətləndirib.

Birgə gerçəkləşdirilən layihələri bütövlükdə BMT İnkişaf Proqramının DGK-ə xüsusi diqqət və qayğısının təzahürü kimi dəyərləndirən S.Mehdiyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

Xoş sözlərə və səmimi qəbula görə Gömrük Komitəsinin sədri S.Mehdiyevə təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən bəhs edib, gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib, Azərbaycan Gömrük Xidməti ilə BMT arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.