Gömrük əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu gün paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələri ilə yanaşı, respublikamızın gömrük orqanlarının əməkdaşları da Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.
Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.







Xəbərin mətnində orfoqrafik səhv var