İQTİSADİYYAT


Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim təşkil olunub

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarx nümayiş etdirilib.

Sonra təlimçilər tərəfindən “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydaları barədə məlumat verilib.

Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları, təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə, gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi Dövlət Gömrük Komitəsinin müvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları - Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarənin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi Şöbəsinin rəisi Əmir Əsədov və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Yoxlama-Baxış Sistemlərinin İstismarı Şöbəsinin rəisi Əkrəm Məmmədov aparırlar.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə qazanan iştirakçılara sertifikatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.