CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən dərman preparatlar və tibbi ləvazimatlar aşkarlanıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən dərman preparatlar və tibbi ləvazimatlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdiyi “Volvo” və “DAF” markalı avtomobillər saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 87 min 900 həb dərman preparatı və 100 ədəd tibbi ləvazimat aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.