CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Ford Cargo” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Gömrük baxışı zamanı avtomobilin yük yerində, diri cücə yüklərinin arasında gömrük nəzarətindən gizlədilən 57 min 140 həb, 2254 ampula, 402 flakon, 20 ədəd gel, 10 ədəd sprey və 65 ədəd şüşə qablaşdırmada olan müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.