CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “xurma” yükü aparan “Volvo" markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib. Bu zaman yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.