CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıb
Bakı, 14 dekabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E200” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində “Heets” yazısı olan 28 min 400 ədəd elektron siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.