CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
Bakı, 2 aprel, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 325” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dam örtüyündə gizlədilən 2 ədəd “Redmi Note 7”, 2 ədəd “Mi A2” və bir ədəd “Samsung Galaxy J4” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.