CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
Bakı, 12 fevral, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Kia Optima” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə, yoxlama zamanı avtomobilin ön oturacaqlarında gizlədilən 1 ədəd "Redmi Note 8", 1 ədəd "Samsung Galaxy A51" və 7 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.