Gömrük nəzarətindən gizlədilən noutbuklar aşkarlanıb
AzerTAg.az
Bakı, 24 sentyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən noutbuklar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mitsubishi Pajero” markalı minik maşını ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Şifahi sorğu-sual edilən zaman vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilə baxış zamanı oturacaqların altında gizlədilən, üzərində “MacBook Pro” yazısı olan 4 noutbuk aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin mətnində orfoqrafik səhv var