CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb

Bakı, 27 iyul, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-11113-OKA” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol “qanadlarında”, gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd “Silver Cracker” markalı pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.