CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Honda Ridgeline” markalı avtomobil ilə gələn Rusiya vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı avtomobilin yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən ümumilikdə 5725 ədəd üzərlərində “Firewok star 16”, “Firewok powerful ligth 49”, “Firewoks 36”, “Bang crackling” və “Big silver cracker” yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.