CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan birgə məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana keçən “BMW 528” markalı avtomobil saxlanılıb.

Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi avtomobilində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin salonunda oturacağın söykənəcəyinin arxasında və dörd qapısının aşağı hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerlərindən 66 min ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.