Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkarlanıb
AzerTAg.az
Bakı, 25 sentyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əldə etdiyi məlumat əsasında “Samur” gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub. Əl yüklərinə gömrük baxışı zamanı əl çantası və çamadanın içərisində gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi təqribi çəkisi 95 qram olan qızıl-zinət əşyaları - 5 sırğa, 2 klon, 1 qolbaq, 1 qol saatı, 1 boyunbağı, üzərində “Maktain 222046” və “Maktain 222043” yazıları əks olunan 2 qol saatı aşkarlanıb. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi təqribi çəkisi 57 qram olan qızıl-zinət əşyaları - 3 üzük, 1 sırğa, 2 cüt üzük-sırğa dəsti aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var