CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən siqaret və dərman preparatları aşkarlanıb
Bakı, 20 iyun, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən siqaret və dərman preparatları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “DAF” markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman sürücü idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda ön şitin arxasında və mühərrikin üst hissəsindəki hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən 1800 ədəd “Marlboro Touch” markalı siqaret, üzərlərində “Xarelto 20 mg” yazısı olan 1400 ədəd həb və “Proluton Depot 50mg/2 ml” yazısı olan 400 ampuladan ibarət dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.