CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 14 fevral, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə verilən məlumat əsasında Gürcüstandan "Qırmızı Körpü" gömrük postuna daxil olan "VAZ 21063" markalı nəqliyyat vasitəsi kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, avtomobilin yük yerində, arxa və ön oturacaqların altında 24 min ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.