CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 1 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “MAN”, “Mercedes Benz Actors” və Türkiyə vətəndaşının “DAF” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən ümumilikdə 5000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.