CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 11 avqust, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının “DAF” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Bu zaman vətəndaş nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan yorğanın içərisində və ayaqaltı örtüyünün altında cəmi 8800 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.