CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 15 avqust, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin ölkəyə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, hər iki fakt “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Gürcüstan istiqamətindən respublikamıza daxil olan “MAN” və “VOLVO” markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 20 min 600 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.