CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb. Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd "Marlboro Edge" markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]