CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Ölkəyə qanunsuz gətirilən siqaretlər kinoloji xidmət itinin tətbiqi ilə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşının idarə etdiyi “Scania” markalı sərnişin avtobusu saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it avtobusun salonunda arxa oturacaqlara reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Avtobusun salonundakı oturacaqların arxa hissəsinə birləşən yerin arasındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə 3200 ədəd “Kent nanotek infina” markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.