CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb

Bakı, 14 noyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin “Samur” gömrük postunda Azərbaycan vətəndaşına məxsus “Mercedes Benz E220 CDI” markalı avtomobil saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerində, arxa buferin sağ və sol qanadlarında olan boşluqlarda, ön panelin (şitin) arxa hissəsində olan boşluqlarda gömrük nəzarətindən gizlədilmiş 9840 ədəd “Belomorkanal”, 540 ədəd “Baltiyskie”, 4400 ədəd “Parliament Heets” və 440 ədəd “Marlboro Seventy Twos” markalı siqaret aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.