CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən spirtli içki və siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 19 mart, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən spirtli içki və siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn “Mercedes Benz” markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı nəqliyyat vasitəsindəki yataq dəstinin altından və salonun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilmiş üzərində “Tsianandali Saperavi” yazısı olan 30 ədəd 0,7 litrlik, üzərində “Hlibny Dar” yazısı olan 15 ədəd 1 litrlik spirtli içkilər, 1200 ədəd “Marlboro” markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.