CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən tütün məmulatları və dərman vasitələri aşkarlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən tütün məmulatları və dərman vasitələri aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin arxa oturacaqların altında 8000 ədəd üzərində “Marlboro” yazılan tütün məmulatı, 7 ədəd üzərində “Brontel” və 1 ədəd üzərində “Brovermektin” yazılan dərman vasitəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.