CƏMİYYƏT


Gömrük nəzarətinə bəyan edilməyən 74 min 500 aksiz markası aşkarlanıb

Bakı, 19 avqust, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən 74 min 500 aksiz markası aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub. Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74 min 500 ədəd aksiz markası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.