CƏMİYYƏT


Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarları aşkarlanıb

Bakı, 18 yanvar, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda “Vaz-21214” markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük bəyannaməsinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Sorğu-sual vaxtı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin yük yerində xüsusi hazırlanmış gizli saxlanc yerində müxtəlif markalı mobil telefonlara aid 37 ədəd qutu, 37 ədəd qulaqlıq, 37 ədəd yükləyici və 37 ədəd USB kabeli aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.