CƏMİYYƏT
Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarları aşkarlanıb
Bakı, 26 iyul, AZƏRTAC
Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarları aşkar olunub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 4 ədəd “Redmi Note 7”, 1 ədəd “MI 8 lite”, 1 ədəd “Samsung Galaxy A50”, 1 ədəd “Samsung Galaxy A30”, 2 ədəd “Samsung Galaxy A20” markalı mobil telefon, 5 ədəd “qulaqlıq”, mobil telefon üçün 11 ədəd qutu, 8 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.