CƏMİYYƏT


Gömrük nəzarətinə bəyan edilməyən qızıl sikkələr aşkarlanıb VİDEO

Bakı, 3 yanvar, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən qızıl sikkələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Şəxsi yoxlama zamanı, onun əynindəki gödəkcənin sağ və sol ciblərindən, hər cibində ümumilikdə 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd “10 rubl 1899”, 7 ədəd “10 rubl 1900”, 1 ədəd “10 rubl 1901” və 2 ədəd “10 rubl 1902” yazıları həkk olunan (ümumilikdə 549 qram) qızıl sikkə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.