CƏMİYYƏT


Gömrük nəzarətinə bəyan edilməyən qızıl zərgərlik məmulatları aşkarlanıb

Bakı, 3 noyabr, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən qızıl zərgərlik məmulatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Qadın sərnişin keçid xəttində metal axtaran qurğudan keçərkən avadanlıq xəbəredici siqnal verib. Vətəndaş elektron və sadələşdirilmiş bəyannamə təqdim etmədiyindən onunla şifahi sorğu-sual aparılıb. Bu zaman o, üzərində gizlədilmiş və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib. Lakin aparılan şəxsi yoxlama zamanı vətəndaşın sinə nahiyəsində gizlətdiyi parça pul kisəsinin içərisindən, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 64 qram qızıl zərgərlik məmulatları - 1 ədəd qızıl boyunbağı, bir ədəd qolbaq, biri böyük, digəri isə orta ölçülü olmaqla 2 ədəd kulon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.