CƏMİYYƏT


Gömrük nəzarətinə bəyan edilməyən tütün məmulatları aşkarlanıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən tütün məmulatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.

Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri “Nizami” metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsi ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.

Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş “Esse Spesial Gold” yazılmış 400 qutu siqaret, üzərində “Captain black” yazılmış 269 qutu siqar, üzərində “Skandinavik 50g” yazılmış 10 qutu qəlyan tütünü, üzərində “Holland house” yazılmış 15 qutu qəlyan tütünü və üzərində “Milano-London” yazılmış 10 qutu siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.