CƏMİYYƏT
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb
Bakı, 5 avqust, AZƏRTAC
Gömrük nəzarətinə bəyan edilməyən qızıldan hazırlanmış zərgərlik məmulatı aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Rusiya Federasiyasından Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib. Baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, bir ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.