CƏMİYYƏT
Gömrük nəzarətinə bəyan olunmayan mallar aşkarlanıb
Bakı, 8 fevral, AZƏRTAC
Yük avtomobilində gömrük nəzarətinə bəyan olunmayan mallar aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilə rentgen qurğusu ilə baxış keçirilib və mal-müşayiət sənədlərində uyğunsuzluq aşkar edilib. Yoxlama zamanı gömrük nəzarətinə bəyan edilməyən 430 kiloqram bal və üzərində "Selective" yazılan hər biri 1 litr olmaqla 10 ədəd şampun aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]