CƏMİYYƏT
Gömrük orqanına bəyan edilməyən müxtəlif avadanlıqlar aşkarlanıb VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Gömrük orqanına bəyan edilməyən müxtəlif avadanlıqlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual - Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.