İQTİSADİYYAT


Gömrük orqanları beynəlxalq ticarət zəncirində qida təhlükəsizliyinin təmin edilməsi işində kompleks tədbirlər görür

Bakı, 18 may, Ramiz Quliyev, Sevda Cəfərova, AZƏRTAC 

Gömrük orqanları tərəfindən beynəlxalq ticarət zəncirində qida təhlükəsizliyinin təmin edilməsi işində sərhəd keçidindən başlayaraq, qida məhsullarının buraxılışınadək kompleks tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 18-də Bakıda keçirilən I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.

Komitə sədri bildirib ki, qida məhsullarının sürətli sərhəd keçidinin təmin edilməsi məqsədilə bu kateqoriyadan olan məhsullara verilən sənədlərə dair aidiyyəti dövlət qurumları və gömrük orqanları arasında məlumat mübadiləsi səmərəli şəkildə təşkil edilib.

Beynəlxalq ticarətin genişlənməsi fonunda sərhəd keçidi prosedurlarının və gömrük rəsmiləşdirilməsinin, o cümlədən qida məhsulları ilə bağlı idxal-ixrac əməliyyatlarının sadələşdirilməsilə bərabər, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin gömrük orqanlarının əsas vəzifələrindən biri olduğunu deyən S.Mehdiyev bu sahədə gömrük orqanlarının dövlət proqramlarının həyata keçirilməsindəki fəaliyyətindən də danışıb.

Səfər Mehdiyev mövcud sistemin daha da təkmilləşdirilməsi, keyfiyyətli qida məhsulları ilə təminatlılıq, qida təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasının növbəti dövr üçün əsas vəzifə kimi müəyyən edildiyini, həmçinin bu sahədə şəffaflığın daha da artırılması, pərakəndəliyin və təkrarlanmaların aradan qaldırması məqsədilə həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarını məlumatlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.