CƏMİYYƏT
Gömrük orqanlarına düzgün bəyan edilməyən xəz kürklər müsadirə edilib
Bakı, 5 aprel, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri ərazisində qeydiyyatda olan karqo şirkətinin adına Çin Xalq Respublikasından göndərilən brutto çəkisi 11 min 588 kiloqram olan yük gömrük əməkdaşları tərəfindən yoxlanılıb.
Həmin yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilən qadın geyim mallarından ibarət olub.
Yoxlama zamanı, altı ədəd bağlamanın içərisində gömrük orqanına düzgün bəyan edilməmiş cəmi 50 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]